Ucar sakini heyvanlarını satdığı adamdan pulunu ala bilmir – VIDEO

Ucar rayonunun Lək kəndi sakini Hafiz İbadov həmyerlisi Tural Hüseynovun ona qarşı dələduzluq etməyindən şikayətlənir.

Kelbecertv.com   xəbər verir ki, 2018-ci ilin dekabrında T.Hüseynov ümumi dəyəri 3250 manat olan 20 baş qoyunu ondan alaraq pulunu 20 günə qaytaracağını deyib.

Pulun vaxtında qaytarılacağına isə Hafiz İbadovun öz qaynı Elşən Hüseynov zamin durub.

Lakin o gün bu gün nə puldan xəbər var, nə də qoyunlardan. Zərərçəkən iddia edir ki, Tural Hüseynovun dələduzluq əməli bununla bitmir.

O başqa vətəndaşların da iri və xırda buynuzlu heyvanlarını alaraq pullarını mənimsəyib.

İbadovlar ailəsi faktla bağlı Ucar rayon polis şöbəsinə müraciət ediblər.

Şöbədən isə bildirilib ki, bu barədə hər hansısa bir dələduzluq faktı olmadığından vətəndaş məhkəməyə müraciət etməlidir.

Oxu.Az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir