Universitet tələbələri bu üsulla dərs keçəcəklər -Ekspert aydınlıq gətirdi

“Təhsil Nazirliyi universitetlərə  onlayn tədris sistemini sosial layihə kimi keçirməyi təklif edib”.

Bu sözləri  təhsil eksperti Adil Vəliyev deyib.
O, hazırkı vəziyyətdə distant təhsildən necə yararlanmaq lazım olduğuna aydınlıq gətirib.
“Distant tehsillə bağlı tələbələr bildirir ki, bəzi universitetlər imtahan edəcək, qiymətləndirmə isə mövzuya uyğun veriləcək. Halbuki hazırda bu mümkünsüzdür. Cunki rayonlarda və kəndlərdə yaşayan minlərlə tələbə var ki, onların interneti, kompüteri yoxdur.
Son 3-4 gün ərzində bu problemlə əlaqəli mənə müxtəlif universitetlərin tələbələri suallar ünvanlayıb. Tehsil Nazirliyi Universitetlərə Online tədris sistemini sosial layihə kimi keçirməyi təklif edib. Muellimler həmin portala dərs vəsaitlərini, sillabuslar yükləyir, mövzular üzrə onlayn dərs keçir və onu da platformaya daxil edirlər. Telebeler isə onlara təklif edilən platformaya daxil olaraq gündəlik dərsləri menimseməlidilər”.
Ekspert rayon və kəndlərdə Interneti və kompüteri olmayan minlərlə tələbənin ne edəcəyinə aydınlıq gətirib.
“Bu imkandan yararlana bilməyən tələbələr həftədə 2-3 dəfə rayon internet klubuna gedərək bu melumatlari telefonuna endirə biler və universitetə gedəndə 1 həftəlik xərclədiyi pulu həmin paketə verə bilər. Hazirki vəziyyətdə mobil operatorlar da internet paketi qiymətlərini endirmeli və bizlərə kömək olmalıdılar. Telebelerin qiymətləndirməsi isə imtahan əsasında yox, onlara verilən müəyyən tapşırıqların yerinə yetirilməsi əsasında həyata keçirilməlidir. Esas məsələ odur ki, müəllim və tələbələr hazırkı vəziyyətdə bir-birini başa düşsünlər. Kimlerinse təxribatına yol verməyərək dövlətə dəstək olmaq lazımdır”.
Qeyd edək ki, koronavirus pandemiyasının yarada biləcəyi təhlükəni azaltmaq ücün ölkənin təhsil müəssisələrində tədris prosesi aprelin 20-dək dayandırılıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir