Uşaqlara 3 yaşa qədər qulluq edənlərin əmək stajına bu müddət daxil ediləcək

Azərbaycanda uşağın 3 yaşı tamam olanadək qismən ödənişli sosial məzuniyyətdən istifadə edildiyi müddət uşağa bilavasitə qulluq edənin əmək və sığorta stajına hesablanacaq.
Bu, Nazirlər Kabineti, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası və Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatlarının Milli Konfederasiyası arasında 2020-2022-ci illər üçün bağlanmış Baş Kollektiv Sazişində əksini tapıb.
Sazişə əsasən, tərəflər uşağın 3 yaşı tamam olanadək qismən ödənişli sosial məzuniyyətdən istifadə edildiyi müddətin uşağa bilavasitə qulluq edənin əmək və sığorta stajına hesablanması məqəsdilə müvafiq qanunvericilikdə dəyişikliklərin edilməsi barədə öhdəlik götürüblər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir