Vaxtilə qatardan düşüb Şuşaya, Laçına yollandığımız dəmiryol vağzalı…-FOTOLAR

Azərbaycanın 30 ilə yaxındır işğal altında qalan Xankəndi şəhərindəki dəmiryol vağzalının xarabalıqlarından son ürəkdağlayan görüntülər yayılıb.

Moderator.az xəbər verir ki, “Varandejlivejournal” nəşrinin avqust ayında qanunsuz olaraq Qarabağda səfərdə olmuş adı çəkilməyən əməkdaşının reportajında bəhs edilib.
1978-1989-cu illərdə həmin vağzalda Bakı-Xankəndi qatarından düşüb avtobus, yaxud taksi ilə Şuşaya, Laçına yollanırdıq…
Xatırladaq ki, Ağdamdan Xankəndinə dəmiryolu xətti Azərbaycan hökuməti tərəfindən 1978-ci ildə çəkilib. Həmin il də vağzal tikilib. Fotoda xaraba qalmış  vağzal binası qarşısında bəlkə də Şuşaya və ya Laçına yollanmalı olan sonuncu sərnişin avtobusunun dağıdılmış qalıqları görünür…
Demək olar ki, 1989-cu ildən isə erməni ekstremistlərinin fəaliyyəti nəticəsində başlanan münaqişə nəticəsində sərnişin qatarlarının Ağdamdan Xankəndinə gedişi dayandırılıb.  1991-ci ilədək isə ara-sıra işləyən yük qatarları ilə bizim müvafiq qurumların məsuliyyətsizliyi və laqeydliyi ucbatından ermənilər ərzaq və tikinti materialları adı altında Qarabağa silah-sursat daşıyıblar…
Fotolardan birində göründüyü kimi, Bakı dəmiryol vağzalında Xankəndindən gələn sonuncu sərnişin qatarı  Qarabağda erməni qırğınlarından zorla qurtula bilmiş yaralı soydaşları ilə dolu olduğundan təcili yardım maşınlarıyla qarşılanıb…

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir