Vilayət Eyvazovdan polkovnikin yerinə TƏYİNAT

Daxili İşlər Nazirliyində daha bir təyinat olub.

Kelbecertv.com   məlumatına görə, bu barədə müvafiq əmri Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov imzalayıb.

Əmrə əsasən, Arzu Heydərov Daxili İşlər Nazirliyinin Baş Cinayət-Axtarış İdarəsinin rəis müavini təyin edilib.

O, bundan əvvəl Nəqliyyatda Baş Polis İdarəsinin Cinayət-Axtarış İdarəsinin rəisi vəzifəsində işləyib.

Qeyd edək ki, bundan əvvəl Baş Cinayət-Axtarış İdarəsinin rəis müavini sabiq Daxili İşlər naziri Ramil Usubovun kiçik oğlu, polkovnik Raul Usubov idi. O, bir müddət əvvəl Qaradağ Rayon Polis İdarəsinin Mühafizə İdarəsinə rəis təyin edilmişdi.

Oxu.Az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir