Xəstə ölümündən bir neçə saat əvvəl evləndi

İngiltərənin Nortqempton şəhərindəki xəstəxanada ölümcül bir xəstə üçün toy təşkil edilib.

İyul ayında 33 yaşlı Qeri Smart sağlamlığından şikayət etməyə başlayıb. O, sinəsinin ağrısından əziyyət çəkib, arıqlayıb və yuxusuzluqdan əziyyət çəkib. Sentyabrın sonlarında artıq ona ağciyər xərçəngi diaqnozu qoyulub. Həkimlər onun bir neçə gün ömrü qaldığını söyləyib.

Kişi həyatdan evli biri kimi getmək istədiyindən xəstəxanada ona toy təşkil olunub. Qohumları, dostları onun ətrafına toplaşıb, keşiş Qeri və 31 yaşlı Lauranı ər-arvad elan edib.

Toydan yeddi saat sonra Qeri vəfat edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir