Xeyrəddin Qocanın 70 illiyi qeyd ediləcək

Beynəlxalq Muğam Mərkəzində nasir, publisist Xeyrəddin Qocanın 70 illiyi qeyd ediləcək

Yanvarın 29-da saat 19:00-da Beynəlxalq Muğam Mərkəzində nasir, publisist, Prezident təqaüdçüsü Xeyrəddin Qocanın 70 illiyinə həsr edilmiş musiqili-bədii gecə keçiriləcək.

Yubilyarın yaradıcılığına həsr olunan gecədə yazıçı-satirikin ərsəyə gətirdiyi tamaşalardan qısa səhnələr nümayiş olunacaq, bir-birindən maraqlı dadlı-duzlu söhbətlər və rəngarəng musiqi parçaları təqdim ediləcək.

Qeyd edək ki, Azərbaycan Yazıçılar Birliyinin üzvü X.Qoca 1995-ci ildə 1-ci çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı seçilib. 1997-ci ilin dekabrından 2003-cü ilin mart ayına qədər Türkiyə Cümhuriyyətinin İstanbul şəhərində Azərbaycan Respublikasının baş konsulu vəzifəsində işləyib. Yazıçı 2017-ci ildə 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif olunub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir