Xızıda qanunsuz silah gəzdirən şəxs tutuldu – FOTO

Xəzəda üstündə qanunsuz silah gəzdirən şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan verilən məlumata görə, Xızı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən uğurlu əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisində qanunsuz olaraq silah saxlamaqda şübhəli bilinən Şurabad kənd sakini, 19 yaşlı Mehdi Rzayev kənd ərazisində saxlanılıb.

Polis əməkdaşları tərəfindən onun üzərinə baxış keçirilən zaman əynində olan gödəkçənin altında gizlətdiyi bir ədəd lüləsi kəsilmiş odlu silah, beş ədəd patron və narkotik maddə-heroin aşkar edilərək götürülüb.

Faktla bağlı Xızı RPŞ-də cinayət işi açılıb, istintaq hərəkətləri davam etdirilir. Həmin silahın hər hansı bir cinayət hadisəsində istifadə edilib-edilməməsi araşdırılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir