Xüsusi təyinatlı təhsil müəssisələrinə qəbul balları artırıldı

Azərbaycanda xüsusi təyinatlı təhsil müəssisələrinə qəbul balları artırılıb.

Müdafiə Nazirliyinin məlumatına görə, hazırda Silahlı Qüvvələrin Hərbi Akademiyası, Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzinin “Gizir hazırlığı” və “MAHHXHQ-ın hazırlığı”, həmçinin zabit ixtisası üzrə təkmilləşdirmə kursları, Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbi, Cəmşid Naxçıvanski adına Hərbi Lisey, Heydər Əliyev adına Hərbi Lisey, Azərbaycan Tibb Universitetinin Hərbi Tibb fakültəsi və Hərbi Tibb Məktəbi yüksək səviyyədə fəaliyyət göstərirlər. Hərbi təhsildə əldə olunan uğurlardan biri də xüsusi təyinatlı təhsil müəssisələrinə qəbul ballarının artırılmasıdır.

Xüsusi təyinatlı təhsil müəssisələrinə qəbul ballarının artırılması gələcəkdə daha savadlı, daha peşəkar kadr hazırlığına və Azərbaycan Ordusunun imicinin artmasına da öz töhfəsini verəcək.

Qeyd olunub ki, döyüş hazırlığının daha da artırılması məqsədilə hərbi təhsil sisteminə ciddi diqqət yetirilir. Dövlətimizin müasir tələblərə cavab verə biləcək güclü ordusunun formalaşdırılmasında, yüksək döyüş hazırlığının təmin edilməsində hərbi təhsil sisteminin müstəsna əhəmiyyəti var.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir