YAP Pirallahı rayon təşkilatının hesabat yığıncağı keçirilib – FOTO

İyulun 18-də Yeni Azərbaycan Partiyası (YAP) Pirallahı rayon təşkilatı 2019-cu ilin I yarımilliyinin yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş hesabat yığıncağı keçirilib.

YAP Pirallahı rayon təşkilatının sədri Hikmət Şikarov Yeni Azərbaycan Partiyası rayon təşkilatının 2019-cu ilin I yarımilliyi ərzində fəaliyyəti və görülən işlərlə bağlı çıxış edərək bildirib ki, 2018-ci ildə olduğu kimi 2019-cu ilin ilk 6 ayı ərzində də təşkilatın fəaliyyəti uğurlu və məhsuldar olub, mədəni-kütləvi tədbirlərin keçirilməsi ilə yanaşı ideoloji sahədə də fəallıq göstərilib.

Sonra təşkilatın yarımillik fəaliyyətinə həsr olunmuş video-çarx nümayiş etdirilib.

Gündəlikdə duran ikinci məsələ – Yeni Azərbaycan Partiyası Pirallahı rayon təşkilatı ərazi ilk partiya təşkilatlarının fəaliyyəti geniş müzakirələr və tövsiyyələrlə yadda qalıb. Hər bir ərazi ilk partiya təşkilatının fəaliyyətinə ayrı-ayrılıqda ətraflı şəkildə münasibət bildirilib, irad və nöqsanlar ərazi ilk partiya təşkilatı sədrlərinin nəzərinə çatdırılıb.

YAP Pirallahı rayon təşkilatı Gənclər Birliyinin fəaliyyəti barədə danışarkən H.Şikarov  qeyd edib ki, gənclik bir millətin yaşaması, inkişafı üçün təməl daşıdır. “Ölkəmizdə gənc nəslə qoyulan investisiya Azərbaycanın parlaq gələcəyinin təminatıdır. Bu gün Azərbaycan gəncliyinin seçiminin Yeni Azərbaycan Partiyası olmasının da arxasında məhz dövlətçiliyə bağlılıq, milli mənafenin qorunması kimi müqəddəs amallar dayanır. YAP ulu öndər Heydər Əliyev ideyalarının daşıyıcısı, müasir Azərbaycan gəncliyinin güvənc yeridir. Gənclərimiz hər zaman Prezident İlham Əliyevin ətrafında sıx birləşməklə onun həyata keçirdiyi siyasəti dəstəkləyirlər. Son illər Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətdə gənclərə önəm verilməsi, gənclərin cəsarətlə irəliyə çəkilməsi məhz bu faktın göstəricisidir.”

YAP Pirallahı rayon təşkilatının Şura üzvü, Pirallahı rayon Ağsaqqallar Şurasının sədri Fazil Məhəmmədov, İcra nümayəndəliyi ərazi ilk partiya təşkilatının sədri Həsən Niftəliyev, 235 №-li orta məktəb ərazi ilk partiya təşkilatının sədri Şahin Allahverdiyev və digərləri Yeni Azərbaycan Partiyası Pirallahı rayon təşkilatının 2019-cu ilin ilk 6 ayı ərzində fəaliyyətini qənaətbəxş hesab ediblər.

Tədbir partiyanın rayon təşkilatının ictimai-siyasi həyatında fəal iştirak edənlərin Fəxri fərmanla təltif edilməsi və  partiya sıralarına yeni qəbul olunmuş bir qrup şəxsə partiya vəsiqələrinin təqdim olunması ilə yekunlaşıb.

Orxan Vahidoğlu, “İki sahil”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir