YAP Silahlı Qüvvələrin Yardım Fonduna köçürmələri davam etdirir

Yeni Azərbaycan Partiyası Silahlı Qüvvələrin Yardım Fonduna köçürmələri davam etdirir. Elə təkcə partiyanın Nəsimi rayon təşkilatı fonda 20 min manat köçürüb.

Kəlbəcərtv.com Trend-ə istinadən xəbər verir ki, bunu Yeni Azərbaycan Partiyası İcra katibinin müavini Siyavuş Novruzov jurnalistlərə deyib.

S.Novruzov qeyd edib ki, Milli Məclisin deputatlarının hərəsi 500 manatdan yardım ediblər: “Partiya üzvü olmayan, bitərəf deputatlar da bu prosesə qoşulub. Hesab edirəm ki, kifayət qədər məbləğ toplanacaq”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir