“YARAT”da növbəti ustad dərsləri keçirilib

“YARAT” Müasir İncəsənət Mərkəzində böyüklər üçün “Özünü kəşf et” adlı ustad dərsləri keçirilib.

Kelbecertv.com  Trend-ə istinadən bildirir ki, “Özünü kəşf et”- yaradıcılıq ab-havası ilə dolu, yeni rəngarəng layihədir. Ustad dərsləri zamanı iştirakçılar gündəlik həyat işlərini kənara qoyub, özlərini tamamilə yaradıcılığa həsr edə biliblər.

Dost və ailə mühitində yaradıcılıq vasitəsilə hisslərini bölüşmək istəyənlər üçün ideal bir fürsət olan ustad dərsləri hər çərşənbə, 19:00-21:00 saatlarında keçirilir. Dərslər zamanı iştirakçılar bütün ləvazimatlarla təmin olunur.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir