Yaşlı kişi yeddinci mərtəbədən yıxıldı

Türkiyənin İstanbul şəhərində bir şəxs hotelin yeddinci mərtəbəsindən yıxılıb.

“Demirören Haber Ajansı”nın (DHA) yaydığı xəbərə görə, həmin şəxs 63 yaşlı kişi olub.

Səsə gələn insanlar təcili yardım çağırıblar. Vəziyyətinin ağır olduğu bildirilən kişi təcili tibbi yardım maşını ilə ən yaxın xəstəxanaya çatdırılıb.

Məlum olub ki, kişinin anası dünən vəfat edib.

Hadisə ilə bağlı araşdırma başlayıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir