Yeni cihaz və avadanlıqlar təqdim olunub – FOTO

Yaponiya Beynəlxalq Əməkdaşlıq Agentliyinin (JICA) qrant layihəsi çərçivəsində ilk dəfə olaraq “Azərsu” ASC-nin Mərkəzi Laboratoriyasına müasir cihazlar təqdim olunub. Mərkəzi Laboratoriyanın müdiri Elçin Əliyevin təqdim etdiyi “Masallı, Quba, Beyləqan və Ucar regional laboratoriyaları üçün içməli suda xlorun ölçülməsi üçün portativ kolorimetrinin alınması” layihəsi daha səmərəli və perspektivli dəyərləndirilərək cihaz və avadanlıqların alınmasına müsbət qərar verilib.

Ümumi dəyəri 4000 ABŞ dolları olan qrant hesabına əvəzsiz olaraq verilən bu cihazlar Mərkəzi Laboratoriyanın tabeliyində olan  Masallı, Quba, Beyləqan və Ucar regional laboratoriyalarının istifadəsinə veriləcək. Yeni cihazlar hesabına müvafiq analizləri aparılması daha operativ şəkildə həyata keçiriləcək.

Hazırda “Azərsu” ASC-nin 9 şəhərdə regional laboratoriyası fəaliyyət göstərir. Regional laboratoriyalar Azərbaycanın ən ucqar ərazisində yerləşən mənbələrdəki suyun keyfiyyət göstəricilərini nəzarətdə saxlamağa imkan yaradır.

2019-cu ildə Mərkəzi Laboratoriya tərəfindən 101 min su nümunəsi üzrə 400 mindən çox analiz aparılıb.

Orxan Vahidoğlu, “İki sahil”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir