Yevlaxın bu qəsəbəsi bataqlığa çevrilib – VİDEO

Yevlax şəhərinin Çənlibel qəsəbəsi bataqlığa çevrilib.

Qəsəbənin İsrafil Məmmədov küçəsində yığılıb qalan çirkab suları xəstəlik mənbəyidir.

Sakinlər bildirir ki, ərazidəki qamışlıq keçilməz olub. Hətta gecələr burda çaqqallar, tülkülər yığışır. Dəfələrlə aidiyyəti qurumlara müraciət etsələr də, onların şikayətinə baxan olmayıb.

Qarşıdakı yay ayları üçün isə sakinlər sağlamlıqlarından çox narahatdırlar.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir