Yük maşını minik avtomobili ilə toqquşdu – FHN əməkdaşları qəza yerində – VİDEO

Abşeronda yol-nəqliyyat hadisəsi baş verib.

Kelbecertv.com Trend-ə istinadən xəbər verir ki, hadisə Binəqədi-Mehdiabad yolunun Goradil kəndindən keçən hissəsində qeydə alınıb. Ötmə əməliyyatı yerinə yetirən 10-NO-500 dövlət nişanlı “Hyundai” markalı minik avtomobili qarşı yolda hərəkətdə olan 90-HJ-292 dövlət nömrəli “Mercedes” markalı yük avtomobili ilə toqquşub.

Qəza nəticəsində hər iki nəqliyyat vasitəsi yararsız hala düşüb. Hadisə yerinə yol patrul xidməti və Fövqəladə Hallar Nazirliyinin əməkdaşları cəlb olunublar.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir