Zəlzələ zamanı eşidilən səslər sakinləri qorxuya saldı – VİDEO

Türkiyənin Qara dəniz sahillərində 4,1 bal gücündə zəlzələ baş verib.

Bu barədə “Hürriyet” xəbər yayıb.

Təbii fəlakət qorxulu uğultulu səslə müşayiət olunub, bu isə İstanbul sakinlərini qorxuya salıb.

Bildirilib ki, zəlzələdən daha çox narahatlığa səbəb olan səs sosial şəbəkələrdə geniş müzakirə olunub. Mütəxəssislər bununla bağlı açıqlama veriblər.

Geofizik Əhməd Ercan zəlzələnin iki qitənin sərhədində meydana gəldiyini xatırladıb.

“Bu səbəbdən həmin ərazidə baş verə biləcək zəlzələ maksimum 5,8 bal gücündə ola bilər. İstanbul üçün dağıdıcı təsir göstərəcək yeraltı təkanlar isə azı 6,4 bal gücündə olmalıdır. 18 km dərinlikdə, 4,1 bal gücündə zəlzələ dağıdıcı deyil. Həmin vaxt meydana gələn seysmik dalğalar sarsıntını bir-birinə ötürərkən qayaların içindən keçir, bu da uğultuya səbəb olur”.

Mütəxəssis sakinləri təşvişə düşməməyə çağırıb.

“Epidemiya çölə çıxmamağa, zəlzələ isə çıxmağa “səsləyir”. Əhali küçədəki epidemiyadan, içəridəki zəlzələdən qorxur. Ancaq təhlükə yoxdur. Hər kəs evində qalmağa davam etməlidir”, – deyə alim sözlərini yekunlaşdırıb.

baxış sayı 69

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir