Zərdabda yaşayış yerini qanunsuz tərk edən COVID-19 xəstəsi barədə cinayət işi başlanılıb

Zərdab Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlər nəticəsində ev şəraitində müalicə alan koronavirus xəstəsi rayonun Xanməmmədli kəndində yaşayan Eşqin Məmmədov virusun daha çox yayılmasına şərait yaratdığı  müəyyən edilib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumatına görə, araşdırma zamanı məlum olub ki, aktiv COVID-19 virusunun daşıyıcısı olan bu şəxs karantin qaydalarını kobud şəkildə pozaraq polis əməkdaşlarının dəfələrlə etdikləri xəbərdarlıqlara baxmayaraq yaşadığı ünvanı bir neçə dəfə tərk edib.
Polislər tibbi prosedurları gözləməklə E.Məmmədovu evindən kənarda olan zaman  müəyyən edərək yaşadığı evə qaytarıblar. Onun barəsində Zərdab RPŞ-nin İstintaq Bölməsində Cinayət Məcəlləsinin 139-1.1 (epidemiya əleyhinə və karantin rejimlərinin pozulması) maddəsi ilə cinayət işi başlanılıb. Araşdırmalar davam etdirilir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir