Zahid Oruc gənclərlə Qəhrəmanlar parkında+Fotolar

94 saylı seçki dairəsindən deputatlığa namizəd Zahid Oruc ad günündə gənclərlə birgə Bərdə Qəhrəmanlar Parkını ziyarət edib.
Onun gənc könüllülərlə birgə parkı ziyarət etməsi simvolik məna daşıyır.

Kelbecertv.com xəbər verir ki, məqsəd gəncləri tariximizlə, qəhrəmanlarımızla tanış etmək, tarixi varisliyi qorumaq, gələcək nəsillərə ötürməkdir.
Gənclər bu ziyarəti ruh yüksəkliyi ilə keçiriblər. Onlar Zahid Orucla tariximizlə, qəhrəmanlarımızla bağlı müxtəlif müzakirələr edib, fotolar çəkdiriblər.
Sonda parkın yuxarı tərəfində iri postament üzərində ucaldılan Ana heykəli abidəsi önünə güllər qoyulub.
Qəhrəmanlar Parkı Bərdədə Prezidenti İlham Əliyevin iştirakı ilə 2012-ci ildə açılıb. Parkda Ana abidəsindən sonra geniş meşə zolağı da salınıb. Həm bərdəlilər, həm də turistlər tərəfindən tez-tez ziyarət olunur.

      

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir