Zelenski xalqa müraciət etdi: “Dondurma yeməsinə qadağa qoyulmuş uşaq kimi küsməyin”

Ukrayna Prezidenti Vladimir Zelenski sosial şəbəkə vasitəsilə video yayımlayaraq, xalqa müraciət edib.

Bu barədə “Hürriyet” nəşri məlumat yayıb.

Zelenski əhali arasında karantin məhdudiyyətləri və görülən təbdirlərlə bağlı şikayətlərin artması məsələsinə toxunub:

“Xəstələndiyi zaman dondurma yeməsinə qadağa qoyulmuş uşaq kimi küsməyin. Səhərdən axşama qədər eyni şeyləri etmək, eyni şeyləri danışmaq və düşünmək çox darıxdırıcıdır. Sizi anlayıram, çünki mən də eyni vəziyyətdəyəm. Görülən tədbirlər düşündüyünüz qədər sərt deyil. Bu tədbirlər sizin sağlamlığınız üçündür”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir